Əməkdar artist Elza Seyidcahan evinin qapılarını verilişlərin biri üçün açıb. SİA-nın məlumatına görə, ifaçı verilişdə gəlinlik libasını nümayiş etdirib. Aparıcı Aytəkin Mərdanova ifaçıya "Bəlkə geyinəsiz" təklifini irəli sürüb. Elza isə aparıcıya belə reaksiya verib: "Xanım bir dəfə gəlin paltarı geyinər. İkinci dəfə olmaz”.
Seyidcahan evindəki qızıl divandan da söz açıb: "Filmə çəkilməyə getmişdim. Bu mebeli görəndə, ürəyimdə arzuladım ki, kaş evimdə olardı. Səhəri gəldim ki, istədiyim bənövşəyi rəng satılıb, başqası qalıb. Oradakı şəxsə dedim, bunu istəyirəm. Mənə hədiyyə etdilər. Bu divan bir ev qiymətinədir. 24 əyyarlı qızılla işlənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB