Əməkdar artist Gülüstan Əliyeva açıq-saçıq geyinən sənət adamlarını tənqid edib. SİA-nın məlumatına görə, ifaçı onları verilişlərin birində tənqid edib: "Xalq artistləri var ki, hədsiz açıq-saçıq geyinirlər. Ad çəkmək istəmirəm. Məni izləyən gənclər, müğənnilər biləcək kimləri deyirəm.
Dünya ulduzlarına da baxırıq: Şakira Lopeslə konsert verdi. Fantastika idi. O səviyyədə geyinməyin həmin səviyyədə də kosnerti var idi. Tamaşaçı onların açıq yerinə yox, çıxışına baxırdı. Həmin səhnə bir estetika idi. Hər hansısa bir müğənni o səviyyədə ifa tərzinə malik deyilsə, açıq-saçıqlıqla gündəmə gəlirsə yanlışdır. Müvəqqətidir... Zamanla onlar yox olacaqlar. Biz də qoluaçıq, mini və midi geyinə bilərik. Amma yerinə görə...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB