Xalq artisti Flora Kərimova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı aparıcıya iradını bildirib: “Bilsəydim, sizin verilişdir, gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracam".
Kərimova Fatehin "Fatmayidə bağda qalırsız" sualına belə cavab verib: "Əcəb edirəm, Fatmayidə qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi, (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulub - red.) Maştağada otururdu, zəng vurana deyirdi, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşam? Deyir, Xalq artistiyəm, harada istəyirəm orada oluram. Mən də Xalq artistiyəm".
"Həyatınızın hansı dönəmi haqda danışmağı sevirsiz" sözlərinə müğənni "Müğənni tapın ki, həyatının hansısa məqamından ürəyiaçıq danışır. Yaşlı adamam, gələndə özümə yarım saat tumar çəkmişəm, məşq etmişəm ki, belə durum, elə durum. Gəlib burada da kamera qabağında fors edirəm. Amma sabah yazılanları görün" reaksiyasını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB