“Ailəm dağılmasaydı, canım əldən gedəcəkdi"

“Ailəm dağılmasaydı, canım əldən gedəcəkdi"

Müğənni Sevda Sanaliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı boşanma səbəbini açıqlayıb: "Birinci ailə qurmağım səhv idi. Ailə qurmaq üçün razılaşdım. Nə pis, nə əla insandır. Mənə pisliyi dəyməyib. Ondan övladım var. Tez ailə qurub, 1 ay sonra ayrıldıq. İkinci ailə qurmağım isə sağlam qərar deyildi. Anam xəstəxanada olan ərəfədə onunla tanış oldum. Anam dünyasını dəyişdi, bu adam hər gün yanımda idi. O qədər yazırdı, məni tək qoymadı ki... Pis günlər keçirirdim, o da mənə diqqət, sevgi verirdi, rahatlıq tapırdım. Ən səhv qərarım idi, amma peşman deyiləm. Çünki qızım var. Qarşı tərəf çox qısqanc, idi. Xasiyyətin çətinliyi, dəhşətli qısqanclıqlar ayrılığa səbəb oldu. Dörd il ailəmi qorumaq üçün əlimdən gələni etdim. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək".

Üçüncü dəfə ailə qurması ilə bağlı suala sənətçi "O qədər çətin qərar olar ki... Hər qadın istəyər ailəsi olsun. Qızım balacadır, oğlum böyüyür. Ona görə narahatam. Oğlumun sevgisini itirməkdən qorxaram" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə