Amerikadan yeni gələn müğənni İlhamə Qasımova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı Amerikaya getməsinin səbəblərini açıqlayıb: "Səyahət etməyi sevirəm. Amerikaya da bir dəfə getdim və qaldım. Bir qrupa üzv oldum, blüz musiqisini öyrəndim.
Əslində ötən il qayıtmalı idim, qaldı. Depressiyadan, darıxmaqdan məndə panik atak yarandı. Bir yerdə bir-iki saatdan sonra qala bilmirdim. Ona görə də təyyarəyə minə bilmirdim. 13 saat necə uçum? Metroya minirdim, 3 dəqiqədən sonra halım pisləşirdi. Müalicə aldım və sağaldım...
Avqustda gəlməli idim. Amma pandemiya yayıldı, uçuşlar olmayacaq. Orada daha çox qala bilməzdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB