Müğənni Sevda Yahyayeva şəxsi biznesini qurmaq fikrindədir. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: “Bundan sonra gərək biznes haqda da düşünəm. Çünki hazırda yalnız müğənniliklə qazanc əldə etmək mümkün deyil. Əlbəttə, bütün dünyada bu belədir. Böyük bir biznes qurmaq fikrində deyiləm. Özümə məxsus bir atelyem olsun istəyirəm. O moda evində gözəl geyimlər tikilsin. Məni sevən insanlar oradan geyim əldə edə bilsinlər. Həm də, hər zaman öz brendimi geyinim. Belə bir fikrim çoxdan var idi. Amma deyirdim ki, yox, ifaçılıqdan gəlir əldə etməyim bəsimdir. Amma indi görürəm ki, onu da etmək lazımdır. Düzdür, elə bir sahədir ki, belə bir vəziyyətdə o da işləməyəcək. Gələcəkdə belə bir işim olarsa, mənə müraciət edən hər kəsə kömək edərəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB