Müğənni Xəyyam Nisanov ABŞ-da konsert verəcək

Müğənni Xəyyam Nisanov ABŞ-da konsert verəcək
Müğənni Xəyam Nisanov bu ilin yayında Amerika Birləşmiş Ştatlarına yaradıcılıq səfərinə yollanmağa hazırlaşır. Reallaşdırmaq istədiyi planları barədə SİA-ya müğənninin özü məlumat verib: "ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlilərimiz üçün konsert proqramı vermək istəyirəm. Mən də ciddi-cəhdlə həmin konsertin hazırlıqları ilə məşğulam. Ümidvaram ki, həmvətənlərimizin böyük əksəriyyəti həmin konsertdə iştirak edəcək. Sevindirici haldır ki, qeydiyyatda olduğum "Facebook" sosial şəbəkəsində də ABŞ-da yaşayan saysız-hesabsız yurddaşlarımız artıq bu konsertlə maraqlanırlar, öz dəstəklərini əsirgəmirlər".

Söhbət əsnasında öyrəndik ki, müğənninin ABŞ səfəri daha bir yaradıcılıq nailiyyəti ilə əlamətdar olacaq. Belə ki, Xəyyam ABŞ-da yaşayan tanınmış caz ifaçımız Ruslan Ağababayevlə 3 mahnı hazırlayacaq. Aranjemanı məhz Ruslan Ağababayevə aid olan mahnılardan birinə çox güman ki, klip də çəkiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə