Müğənni Roza Zərgərli "İnstagram"da ona tənqidlər yazanların qarşısını almaq üçün çıxış yolu tapıb. SİA-nın məlumatına görə, sənətçi artıq izləyicilərinin ona şərh yazmasına imkan verməyəck. Bunla bağlı video müraciət ünvanlayan Zərgərli xoşagəlməz rəylərə görə belə addım atdığını deyib: "Son zamanlar koronavirusla bağlı hamımızı həyat dəyişib. Amma məni "İnstagram" yordu. Özəl, gözəl şeyləri paylaşıram ki, izləyicilərimə ruh yüksəkliyi verim. Amma İQ səviyyəsi olmayan, "a" hərfi yaza bilməyənlər girib mənə şərhlər yazır. Röyanın səhifəsində gördüm ki, şərhi ancaq onun izlədikləri yaza bilər. Mən də keçirəm o rejimə. O qədər sevgiyə sahib olmalısınız ki, sizi takibə alım. Sizi çox sevirəm".
Roza yardım üçün ona müraciət edənlərə isə "Direct"ə də xeyriyyəçiliklə bağlı yazmayın. Bura müğənni səhifəsidir, xeyriyyəçi yox" cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB