Bu aktyor Nadirdən 5 min manat istədi FOTO

Bu aktyor Nadirdən 5 min manat istədi FOTO

Müğənni Nadir Qafarzadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda klipinə çəkilmək üçün ondan yüksək qonorar tələb edən aktyordan danışıb: “Bir aktyor var, çox xoşum gəlir. Adını çəkməyəcəm, yaxşı aktyordur. Gəncdir, amma çox istedadlıdır. Onu klipimə çəkmək istədim, məndən 5 min manat istədi. Hər bir şeyin qiyməti var. 5 min manat elə-belə pul deyil. Onun pərəstişkarıyam: Hikmət Rəhimovdur. Ona ikinci Fuad Poladov deyirəm. Məndə də həmin vaxt o pul yox idi”.

Qeyd edək ki, Hikmət Rəhimov “Çaqqal nəfəsi”, “İkinci pərdə”, “Xənnas”, “İmtahan”, “Döngələr” kimi film və seriallarda rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə