"Toppuş bacı" yenidən xəstəxanalıq oldu FOTO

"Toppuş bacı" yenidən xəstəxanalıq oldu FOTO

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanalıq olub. SİA-nın məlumatına görə, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, xəstəlik yenidən şiddətlənib: "Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Hazırda isə şiş sənətçinin böyrək damarlarına yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə