Emin 17 milyona görə keçmiş ortağını məhkəməyə verdi FOTO

Emin 17 milyona görə keçmiş ortağını məhkəməyə verdi FOTO

Xalq artisti Emin Ağalarov keçmiş biznes ortağı Stanislav Vitinskini məhkəməyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb müğənninin ortağına 17 575 000 rubl (təxmini 437 min manat) borc verməsi olub. Borcun qaytarılma vaxtından uzun müddət keçsə də, qarşı tərəf pulu qaytarmayıb.

Ağalarov bildirib ki, pulu verməyinə səbəb birlikdə layihə etmələri olub. Proyekt hazırda davam etsə də, Emin işdən ayrılıb.

Müğənni mayın sonunda məhkəməyə müraciət edərək eks ortağından şikayət edib.

Hakim şikayəti qəbul edib və yaxın günlərdə ilk məhkəmə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə