"En son babalar duyar"ın aktrisası vəfat etdi FOTOLAR

"En son babalar duyar"ın aktrisası vəfat etdi FOTOLAR

Məşhur türkiyəli aktrisa Ayşegül Atik vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Bodrumda yaşayan sənətçi ötən gün infarkt keçirib.

Həmkarı Ali Atiklə ailə olan və iki övlad dünyaya gətirən aktrisanın ölüm xəbərini yaxın dostu sosial şəbəkədə yazıb. O bildirib ki, Ayşegül uzun müddətdir xəstə idi və müalicə alırdı.

Qeyd edək ki, Ayşegül tamaşaçılara "Şen yuva", "En son babalar duyar" kimi seriallardan tanışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə