Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı şou-biznes nümayəndələrinə ismarış göndərib. SİA-nın məlumatına görə, o, verilişlərin birində bu haqda danışaraq bildirib ki, ona söz atanlar qorxaqdır: "Adımı çəkməsələr də, hansısa bir jestlə mənə söz atırlar. Onlara mən də özüməuyğun cavab verirəm. Həmin kəslərdə ürək olmalıdır ki, adımı çəksinlər. Onları boş verirəm. Susmaqla onları yandırıram".
Səhhətində problem olan Fatimə etdirdiyi plastik əməliyyatları sadalayıb: "Neçə vaxtdır ki, xəstə idim. Əlimin üstündə iynə izləri də var. Qan analizi verdim, təmiz çıxdı. Sevinirəm. Sənətə gələndə öz burnum mənə yaraşırdı, amma efirdə "zırpıburun" olurdum. Onu düzəltdirdim. Estetik baxımdan bədənimi incəltməyimin səbəbi də efirdə ətli görünməyim idi. Allah mənə bircə boydan başqa, hər gözəlliyi verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB