Xalq artisti Aygün Kazımova "Fəlidən doğru xəbər" proqramında qonaq olub. SİA-nın məlumatına görə, ifaçı karantin günlərindən söz açıb: “Evdə oturduğumuz ərəfədə qarşıma məqsəd qoydum: elə olacam ki, hamının ağlını başından çıxarım. Formada qalmaq üçün idman etdim”.
Kazımova aparıcı Elşən Orucovun "Bu saat Aygün Kazımovaya kim zəng etsə, mənə ötürər ki, yola ver. Namiq Qaraçuxurlu yığsa, edərsən" sualına "O, "qara siyahı"dadır. Yığa bilmir" cavabını verib.
Sənətçi onunla qalmaqal yaratmaq istəyən şou-biznes əhlindən də söz açıb: “Əvvəllər müğənnilər bostanıma daş atanda əsəbiləşirdim. Mən də ona cavab verirdim. Bu da böyük qalmaqala səbəb olurdu. Amma artıq heç bir ifaçıya cavab vermirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB