Prodüser Tarix Əliyev (Tolik) evinin qapılarını verilişlərin biri üçün açıb. SİA-nın məlumatına görə, dəbdəbəli evini nümayiş etdirən Tolik bildirib ki, klassik üslubu çox sevir: "Evim böyük deyil, cəmi 46 kvadratmetrdir. Digər evim də klassik üslubdadır. Lepka indi yenidən dəbə gəlib. Əvvəl dəbdə deyildi, amma mən sevirdim. Hər zaman arzulayırdım ki, öz evim olsun və onu düzəldim. İnsan bir şeyə əziyyət çəkməsə ona nail olmur. Hərdən müğənnilər deyir ki, Tolikin qazandığı pullar nə qədərdi... Toylar, tədbirlər təşkil edib pul yığmışam. Gedib pulumu başqa şeylərə xərcləməmişəm. Pulu yığıb ev almışam, təmir etdirmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB