Aybəniz Haşımovanın səhhətində problem yaranıb

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib. O, bildirib ki, bir neçə gündür “Qızıl yel” xəstəliyindən əziyyət çəkir: "Neçə gündür ki, canlı musiqiləri onlayn olaraq izləyicilərə təqdim edə bilmirəm. Əsla düşünməyin ki, tamaşaçıları unutmuşam. Sadəcə hazırda sağlamlığımda çox ciddi problemim var".

Sənətçi bu səbəbdən “Facebook”dakı canlı yayımlarını da dayandırıb.

Qeyd edək ki, “Qızıl yel” dərinin kəskin infeksioz iltihabi xəstəliyidir. Əsasən aşağı ətraflarda qızartılı ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.

Bütün xəbərlər Facebook səhifəmizdə