Azərbaycanlı rejissor Yüsif Güneyə klip çəkir

Azərbaycanlı rejissor Yüsif Güneyə klip çəkir
Türkiyənin gənc pop-ulduzu Yusif Güney azərbaycanlı rejissor Nail Naiboğlu ilə əməkdaşlıq edəcək. Bu barədə SİA-ya Nail Naiboğlu məlumat verib. Rejissorun sözlərinə görə, o, bu məsələ ilə bağlı Türkiyəyə səfər edəcək: "Artıq hamıya bəllidir ki, Türkiyədə şirkətlərin biri ilə əməkdaşlıq qurmuşam. Orxan Ölməzlə silsilə kliplər hazırlayırıq. İndi də Yusif Güneylə klip çəkdirməyi planlaşdırırıq".

Rejissor siyahıda daha bir məşhur türk müğənnisinin olduğunu, lakin hələlik adını açıqlamaq istəmədiyini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə