Brilliant: "İlhamə deyirdi ki, Flora qarnına balış qoyurdu" FOTO

Prodüser Tarix Əliyevin (Tolik) Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimovanın illər öncə çəkilmiş mehriban vaxtlarının videosunu sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, onun bu addımı qalmaqala səbəb olub.

Xalq artisti Brilliant Dadaşova yayımlanan görüntülərin şərh bölməsinə mərhum müğənni ilə aralarında olan mübahisədən yazıb. İnsanlar isə Dadaşovanı tənqid edərək "Sağ olanda demirdiz" sözləri ilə qınayıblar.

Brilliant isə heç vaxt İ.Quliyevanı tənqid etməkdən çəkinmədiyini bildirib: "Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədir. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Onun üzünə də bu sözləri yüz dəfə demişəm.Sağ olanda dediyim sözləri yanındakılar yaxşı bilir".

F.Kərimova Dadaşovanın sözlərini cavabsız qoymayıb: "Brilliant xanım, sizin başınız heç də az ondan çəkmədi. Nə birinci idiz, nə də sonuncu. İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardınız".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...