Emmanın oğlu efirdə başına oyun açdı VİDEO

Müğənni Elmira Ələkbərzadə (Emma) oğlu Davidlə birlikdə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, övladı efir zamanı sənətçiyə çətin anlar yaşadıb. O, studiyada bir yerdə dayanmayıb. Operatorların qulaqçığını istəyən David gah ağlayıb, gah da getmək istəyib.

Ələkbərzadə oğlu ilə bağlı bu fikirləri səsləndirib: "Səhər o yuxudan oyananda dururam. Bir də gecə o yatanda divan üzü görürəm. Kanallar məni dəvət edəndə, Davidi gətirməyimi istəyirlər. Deyirəm, heç bir şeyə cavabdeh deyiləm. 5 yaşı tamam olacaq, çox ağıllı uşaqdır".

Mediadan uzaq düşən ifaçı bunun səbəblərini açıqlayıb: "Gedib nə danışım? Yalandan nələrsə danışmağı xoşlamıram. Şəxsi həyatımdan yazılmasını isə sevmirəm. Hər şey göz önündədir. Hamı necə biri olduğumuzu görür. Karantində də evdə üçümüz olduq".

Oğlu E.Ələkbərzadəyə danışmağa imkan verməyib və ağlamağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə