Meyxanaçı kişi müğənniləri ələ saldı

Meyxanaçı Mehman Əhmədli bəzi kişi müğənniləri tənqid edib. SİA-nın məlumatına görə, ifaçı onları verilişlərin birində “ağ yuyub, qara sərib: “Kişiyə kompleks yaradan bədən üzvü varsa, ondan cərrahi yolla xilas olmağa çalışırsa, təbii haldır. Kiminsə qulaqları böyükdürsə, onu balacalaşdırırsa, normal baxıram. Saçının ağını qaraldan kişiyə də pis yanaşmıram. Yoxsa kişi var ki, üzünə, dodağına gel vurdurur. Bəzi kişilər üzünün qırışlarına müdaxilə etdirir. Özünü gözəlləşdirir. Bu ağıla sığan addım deyil. Çünki kişi qadın deyil ki, özünü bəzəyib, ərə getsin. Kişi özünə bəzək vurmaz”.

M.Əhmədli şou-biznesdə “kişi”lərin də çox olduğunu bildirib: “İncəsənət ailəmində özünü bəzək verən kişilər çoxdur. Amma mən heç kimin adını çəkməyəcəm. Çünki kiminsə bostanına daş atmaq fikrim yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...