Afaq Gəncəli nişanlanıb? VİDEO

Aparıcı Afaq Gəncəli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Afaq verilişin aparıcısı Nazilə Səfərlinin "Deyirlər, nişanlanmısan" sözlərinə belə cavab verib: “Yalansa doğru olsun. İnşallah, olar. Şikayətlənmirəm, qismətdir, nə vaxt gələcək bilmərəm”.

Gəncəli "Müğənni ilə ailə qurarsan?" sualına belə reaksiya verib: "İki qoçun başı bir qazanda qaynamaz. O, deyəcək mən səhnəyə çıxım, mən deyəcəm mən. Ya da başlayacaq ki, filankəsi yaxşı təqdim etdin, məni yox. Evdə bir səhnə adamı olar?”

"Bəs desə, səhnəni mənə ver, sən otur evdə... Verilişi də ("ATV maqazin onlarla" proqramını nəzərdə tutur - red.)verərsən ona" sözlərinə "Səhnəni də ona verərəm, deyərəm, qurbandır. Verilişi vermərəm. Çünki adam tapmışam. Adi elə bir insan var ki, müğənnini eqosu, ulduzluğu ondan çoxdur. Tanınmış şəxslərin adı çıxıb" reaksiyasını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...