Fatimə özü haqqında heç kimin bilmədiyi faktları üzə çıxardı VİDEO

Rəqqasə Fatimə Fətəliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, özü haqqında heç kimin bilmədiyi sirrin üstünü açıb. O, söyləyib ki, Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Onun bu sözlərinə proqramın aparıcısı Zaur Baxşəliyev inanmayıb. Buna görə rəqqasənin anası efirə Fatimənin tələbə vaxtı çəkdirdiyi şəkli göndərib.

Fətəliyeva illər öncəyə geri dönüb və bu sözləri dilə gətirib: "Şəkildə gördüyünüz bu xanımlar hazırda həkim olaraq fəaliyyət göstərirlər. Hər biri ilə əlaqəm var. Onu da deyim ki, mən çox yaxşı kosmetoloq ola bilərdim. Universitetdə oxuyan zaman həm də gözəllik salonların birində işləyirdim. O, zamanlar mənim 19 yaşım var idi. 17 yaşında da ailə həyatı qurmuşam. Hətta Xalq artisti Mələkxanım Eyyubova müştərim olub. Kosmetoloq sənətindən uzaqlaşmağıma səbəb xüsusi kremləri əldə etməyə maddi durumum yetmirdi. Həmin illərdə çox kasıb idim. Ən vacibi imkansızlıqdan Azərbaycan Tibb Universitetini bitirə bilmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...