Yeganə: "5 aydır 1 manat qazanmıram" VİDEO

Müğənni Yeganə Akbudak (Mürsəlova) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, maddi sıxıntı çəkən ifaçı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin elan edildiyi üçün toyların olmamasından gileylənib: "Yanvar-fevralda toy zəif oldu. Ondan sonra da karantin düşdü. 5 aydır biz müğənnilər toylara getmirik. Evə 1 manat qazanc gətirmirik.

Ailəmiz, bacı-qardaşımız var. Biz də ailəyə əl tutur, sürücüyə, köməkçiyə maaş verirdik. Deyirlər, müğənninin pulu mütləq olmalıdır. Son vaxtlar ayın 30 günü toy olmurdu. Ayda ən çox 10 gün toya gedirdik. Onunla da uşağın təhsilini həll edir, mahnı yazdırır, klip çəkdirirdik. Pulsuz kim bizə nə edir? Heç toya 7-10 minə getmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə