Nurlan Əzizbəyli və həyat yoldaşı bu xanımın 30 min manatını mənimsəyib VİDEO

Verilişlərin birində heç kimin gözləmədiyi anlar yaşanıb. SİA-nın məlumatına görə, proqrama qonaq gələn Ofelya Kərimova adlı xanım müğənni Nurlan Əzizbəyli və həyat yoldaşı Nərmin (Afaq) tərəfindən pullarının mənimsənildiyini bildirib: “Bu hadisə 2014-cü ildə baş verib. Nurlanla Nərminin oğlu və mənim qızım 190 nömrəli məktəbdə təhsil alır. Mən də onlarla həmin məktəbdə tanış olmuşam. Afaq bilirdi ki, 30 min manat pulum var. O, da mənə Nizami metrosunun yanında yerləşən 1 otaqlı evini göstərdi. Qabağımda ağladı ki, heç kimdən ev alma. Anamdan mənə 1 otaqlı mənzil qalıb. Həmin evi sənə satım. Mən də razılaşdım. O, məndən pulları aldı. Sonra da dedi ki, evin sənədləri yoxdur. Məni aldatdı. Mən də onu məhkəməyə verdim. Məhkəmə də mənim xeyrimə qərar qəbul edib”.

Veriliş zamanı Nərmin telefonla əlaqə yaradıb. O, haqqında deyilən fikirlərə belə münasibət bildirib: “Ofeliya xanımı tanıyıram. Bu məsələ ilə bağlı Nurlanın heç bir əlaqəsi yoxdur. Həmin xanımla mənim övladım sinif yoldaşı olublar. 3 il ərzində mən Ofeliya xanıma hər ay 200 manat pul vermişəm”.

Onun bu sözlərinə qarşı tərəfi əsəbiləşdirib və Afaqın dediklərini yalanlayıb: “Onun bu sözlərinə kim inanar? Hazırda qızımla evsiz qalmışam. Kirayədə yaşayıram (ağlayır)”.

A.Əzizbəyli daha sonra bu sözləri dilə gətirib: “Danmıram, Ofeliya xanıma 30 min manat borcum var”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...