Nadir: "Niyam Salami çörəyimi əlimdən aldı" VİDEO

Müğənni Nadir Qafarzadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramın aparıcısı, Əməkdar artist Dilarə Əliyeva sənət adamlarının adını çəkib. Müğənni Niyam Salaminin adını eşidən Nadir belə reaksiya verib: "Niyam Salami çörəyimi əlimdən aldı. 25 illik xatirəmiz var... Mən restoranda oxuyurdum, o da aşpaz işləyirdi. Hərdən gəlirdi mikrofonumu əlimdən alırdı, oxuyurdu. Çörəyimə bais olurdu. Axırda işi əlimdən aldı".

Müğənni Xatun Əliyeva ilə bağlı isə Qafarzadə "Xatun nə edir heç bilmirəm. Oxuyur da... Amma Xatunda parodiya daha yaxşı alınır" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə