Aysel "#senetinledestekle" layihəsində

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı, koronavirus pandemiyası ilə mübarizə və ciddi karantin rejimi şəraitində vətəndaşların asudə vaxtının səmərəli təşkilinə, onlarda nikbin əhval-ruhiyyənin yaradılmasına yönədilən #senetinledestekle çağırışına qoşulan sənətçilərin sayı günbəgün artmaqda, konsertlərə və canlı ünsiyyətə maraq genişlənməkdədir.

İdarədən SİA-ya bildirilib ki, bununla əlaqədar canlı efirləri davam etdirmək və qonaqlarımızı məhz tamaşaçı marağından çıxış edərək proqramlara dəvət etmək qərarına gəlinib.

İyunun 1-də Baş İdarənin #senetinledestekle layihəsində növbəti konserti populyar müğənni Aysel Əlizadə evindən canlı olaraq təqdim edəcək.

Aysel xanıma suallarınızı, arzu və istəklərinizi Baş İdarənin - @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından təqdim edə və musiqili gecənin iştirakçısına çevrilə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə