2009-cu ilin iyulunda "Klan-a-plan" qrupunda fəaliyyətini dayandıran solist Qurd yenidən qrupa qayıdır. Bu barədə SİA-ya məlumat verən solist boşluğu dolduracağını deyib. Qrupdan getməyini isə o, anlaşılmazlıqlarla və keçirdiyi stresslərlə əlaqələndirib: "2009-cu ildə həyatımda ani dəyişiklik baş verdi, şəxsi məsələlərə görə depressiyaya düşdüm. Bu səbəbdən qrupdakı işlərimə qeyri-ciddi yanaşmağa və məsuliyyətsizliklərə yol verməyə başladım. Səsyazmalara, verilişlərin çəkilişlərinə getmədim. Dostlarımı keçirdiyim sarsıntılara görə narahat etmək istəmədiyim üçün "Klan-a plan"dan ayrıldım".
Solist onu da əlavə edib ki, iki il ərzində bütün problemlərimi həll edib, arada yaşanan müəyyən sıxıntılardan kənarlaşdıqdan sonra qrupa qayıtmaq qərarına gəlib: "Özümə də pis gəlir ki, bu iki ili "Klan- a-plan"a vaxt ayırmadım. Amma Ryderin vəfatından sonra qrupa qayıtmağımı vacib sayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB