Martdan bəri xüsusi karantin rejimi tətbiq edildiyi üçün Rusiyada qalan müğənni Damladan yeni xəbər var. SİA-nın məlumatına görə, ifaçı Azərbaycana qayıdıb. İfaçı əvvəlcə Dağıstana gəlib, daha sonra Azərbaycana keçib. O, hazırda meneceri ilə birlikdə karantinə alınıb.

Bakıya gələn Damlanın yeni çəkilmiş fotosu sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya getmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə