"Peyvənddən sonra uşağım ağlayır, qidalanmır" FOTOLAR

Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə ailəsi ilə birgə şəkillərini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, aktrisa oğlu Abdullah Cəsurun səhhəti ilə bağlı problemlər yaşadığını yazıb: “Gedəndə gülərək getdik, gələn gündən uşağın peyvəndi hamımızı ağlar qoydu. 4-cü ayın peyvəndini vurdurduq. Hər dəfə uşaq özünə gələ bilmir. Bu dəfə isə daha ağır oldu. Günlərdir nə süd əmir, nə də doğru düzgün qidalanmır. Hərarəti tez-tez enir-qalxır. Narahatdır, düzgün yatmır, çox ağlayır”.

Qeyd edək ki, C.Tağızadə 2017-ci ildə Murad Təmiz adlı həkimlə ailə qurub və İstanbula köçüb.

Bütün xəbərlər Facebook səhifəmizdə