Əməkdar artist boşanan qızından danışdı

Əməkdar artist Gövhər Rzayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, qarmon ifaçısı qızı Ülkərin həyatından danışaraq, ilk ailəsinin uğursuz alındığını bildirib: "İndi ancaq "Salam. Sən yaxşısan, mən də yaxşıyam" deyib, yola verəsən. Dost yoxdur. Deyir, özümü düşməndən qoruyuram, Allah dostdan saxlasın. Adamı dost arxadan vurar. Adamdan ancaq umurlar. Əvvəl belə deyildi. Məni qızılıma, evimə görə sayacaqsansa, heç illərlə istəmə".

Allah ananı övladla, yoxsulluqla imtahana çəkməsin. Balama görə çox çətinliklər çəkdim. İndiki zəmanədə yoxsulluq ən böyük bədbəxtlikdir. Allah heç kimi heç kimə möhtac etməsin. Çox verib qudurtmasın, az verib kiməsə möhtac etməsin. Birdən çox olanda görürsən əl-ayağın oynayır. Eyni qaydada versin, orta səviyyədə yaşa.

Hərdən verilişlərə baxıram, qız qoşulub qaçır. Ya da ailə qurub, onun həyatı gətirmədi. Ana-ata qəbul etmir. Onu niyə küçəyə buraxırsan? Övlad bədbəxt olanda ata-ananın üstünə gələr. Analara deyirəm ki, uşaqlarınızdan keçməyin. Küçə ilə gedəndə də enişli-yoxuşlu, çamurlu yol olur. Həyat da belədir. Övladın da yıxılmağı, durmağı var.

Aciz olsan, həyat səni bastalayacaq. Heç kimə övlad dağı arzulamıram. Valideynin qol-qanadı sınır. Qızım bəzən deyir ki, ana, niyə taleyim belə oldu? Deyirəm ki, özündən aşağıya bax və şükür et. O qədər pis həyatı olanlar var ki... Gözüm qorxub, ikinci dəfə kimə ərə verim? Təmiz qız da, oğlan da tapmaq çətindir. Ərə gedəndən sonra ona mən baxacamsa, yanımda otursun".

Bütün xəbərlər Facebook səhifəmizdə