"Yaxşı ki, həyatımda varsan" FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə həyat yoldaşı Sevinclə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi xanımının ad günü olduğunu vurğulayıb.

Nadir paylaşımına bu sözləri yazıb: "Yaxşı ki, həyatımda varsan. Bu gün sən mənim üçün doğuldun. Həyat səninlə gözəldir. Doğum günün mübarək".

Onun bu təbrikinə bəzi həmkarları da qatılıb. Qafarzadənin xanımını təbrik ediblər.

Qeyd edək ki, cütlüyün iki oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə