Bu da Safura Əlizadənin balaca Natiqi FOTOLAR

“Eurovision- 2010” təmsilçimiz Safura Əlizadə sosial media hesabında üçüncü övladı Natiqlə fotosunu yayımlayıb. SİA-nın məlumatına görə, buna səbəb isə bu gün Natiqin bir yaşının tamam olmasıdır.

O, "İnstagram"da oğlu ilə bölüşdüyü fotoya bu sözləri yazıb: “Sonsuz xoşbəxtliyimin sirri sənin həyatımda olmağındır. Əzizim, səni çox sevirik, ad günün mübarək”.

Safura övladına qayınatası, mərhum energetika naziri Natiq Əliyevin adını qoyub. Körpə ötən ilin bu günü Türkiyədə dünyaya göz açıb.

Qeyd edək ki, biznesmen Fərhad Əliyevlə ailəli olan Safuranın İsgəndər adlı oğlu, Aişə adlı qızı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...