Miri Yusifin ailəsi ilə Gəncə sərgüzəştləri FOTOLAR

Xalq artisti Miri Yusif ailəsi ilə yeni fotolarını üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı onlarla birlikdə Gəncəyə yollanıb. O, övladları və həyat yoldaşı Nərgizlə lalələrlə dolu ərazidə şəkillər çəkdirib.

Miri Yusif fotoları sosial şəbəkədə yayımlayaraq bu sözləri yazıb: “Çətin bir sınağı geridə buraxmaq üzrəyik. İrəlidə isə bizi gözəl günlər gözləyir. Çünki həyat özü, bizi əhatə edən təbiət, ürəyimizdəki arzular gözəldir. Gəlin, bu nemətlərin dəyərini bilək! Həyatı sevə-sevə, dolu-dolu yaşayaq!”

Qeyd edək ki, cütlüyün bir qızı və iki oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə