Əməkdar artist Rəhman Rəhmanovun səhhətində yenə problem yaranıb. SİA-nın məlumatına görə, aktyor bu haqda verilişlərin birində danışıb.
R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək. O, onikibarmaq bağırsağında yenidən şiş yarandığını açıqlayıb: "Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi şiş yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.
İndi hiss edirəm ki, əvvəlki vəziyyətə qayıtmışam. Yeyəndə, içəndə o ağrıları yaşayıram. Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB