Zöhrə Abdullayeva: “16 kilo çəki atmışam” VİDEO

Zöhrə Abdullayeva: “16 kilo çəki atmışam” VİDEO

Əməkdar artist Zöhrə Abdullayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı xeyli çəki atdığını bildirib: “Başlamışam yaradıcı işlərimə, musiqisiz qalmaq olmur. O da mənim övladımdır. Arıqlamaq istəyəndə bacarmırdım, amma fələk dedi “gör səni necə arıqladaram”.

16 kiloqram çəki atmışam. Hər zaman çalışıram ki, tamaşaçıların qarşısına səliqəli və gözəl çıxım. Balam da çox istəyirdi məni gözəl görsün. Saçlarım ağarsa da mənə elə gəlir ki, pis halda deyiləm. Sadəcə, bircə gözlərimin qəmi düzəlmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə