"Eurovision-2021" bu ölkədə keçiriləcək VİDEO

"Eurovision-2021" bu ölkədə keçiriləcək VİDEO

"Eurovision 2021" beynəlxalq mahnı müsabiqəsinin Hollandiyanın Rotterdam şəhərində keçiriləcəyi təsdiqlənib. SİA-nın məlumatına görə, bu barədə "Europe Shine A Light" şousu zamanı məlumat verilib.

Şouda yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021" loqotipi ilə videoçarx da nümayiş etdiriblər.
Qeyd edək ki, bu il keçirilməsi planlaşdırılan müsabiqə koronovirus pandemiyasına görə təxirə salınıb. Ötən gün isə dünyanın 46 ölkəsində, o cümlədən Azərbaycanda xüsusi televiziya şousu nümayiş etdirilib. “Europe Shine A Light” adlı proqramda müsabiqə iştirakçıları çıxış edib. Azərbaycanı müğənni Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə