Xatirə islam: “Mən yazıq…”- AÇIQLAMA

Xatirə islam: “Mən yazıq…”- AÇIQLAMA
Xeyli müddətdir, yazılı mətbuatda müğənni Xatirə İslam haqda məlumat dərc olunmur. Bununla yanaşı müğənni efirlərdə də görünmür. Bəs, görəsən, ifaçı xanım haralardadır, nə işlə məşğuldur? Müğənni ilə əlaqə saxlayıb, yoxluğunun səbəbini soruşduq. SİA-ya danışan Xatirə bildirib ki, onda belə hallar ildə bir dəfə olur: "Yenə tutmam tutmuşdu. Məndə ildə bir dəfə belə olur. İndi hər şey yaxşıdır. Özümə gəlmişəm. Həm də sadəcə bir az qrip olmuşam, danışa bilmirəm".

Müğənni efirə çıxmamasının səbəbini də açıqladı: "Efirə çıxmamağıma gəldikdə, indi hər kəs dincəlir. Tək mən çıxmalıyam efirə? Fikir versəniz, indi çox adam efirlərdə görünmür. Son zamanlar deyirlər ki, "niyə jurnalistlərdən qaçırsan?", amma mən qaçmıram. Heç vaxt heç kimdən qaçmamışam. Jurnalistlərlə tək-tək görüşməyə vaxtım olmur. Onlarla yalnız tədbirlərdə görüşürəm".

"Bu müddət ərzində yaradıcılığınızda bir yenilik varmı? Yoxsa siz də digərləri kimi sadəcə dincəlmisiniz?" sualına Xatirə məlumatlarını açıqladı: "Yaxın dostum, həmkarım Nadir Qafarzadə ilə duet yazdırmışam. Musiqisi Rabil Balabəyliyə, sözləri isə Çimnaz Şirinqızına məxsusdur. Adı hələ bəlli deyil, amma əla mahnıdır. Təzə mahnım isə radiolarda səslənir. Mən yazıq, bundan artıq nə etməliyəm?" - deyə müğənni cavabının sonunu sualla bitirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə