"Məni yoxdan var edənim nə yaxşı ki, varsan" VİDEO

Aparıcı Zaur Baxşəliyev anası Dilavər xanımla olan yeni görüntülərini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, aparıcı paylaşımında qeyd edib ki, Dilavər xanımın ad günüdür. Bununla bağlı olaraq Zaur anasını belə təbrik edib: "Canım, ürəyim, nəfəsim anam, ad günün mübarək olsun. Sən bizi nə əziyyətlərlə böyütdün. Yeməyin ən yaxşısını yedizdirdin, gözəl geyindirdin. Həyatda ən yaxşı mövqeylərdə olmağımız üçün dişinlə-dırnağınla çalışdın. Əllərinin qabarı ilə övladlarını böyütdün. Sevməyi, sevilməyi, vicdanlı olmağı biz övladlarına öyrətdin. Bir yerim ağrımamış hiss edib narahat olanım, xoşbəxt olanda sevinənim, bir saniyə məni yadından çıxartmayanım, məni yoxdan var edənim nə yaxşı ki, varsan. Adını qızımda yaşadanım, nə yaxşı ki, sən mənim anamsan. Əsil sevgim, həyatımın mənası səndən doymuram. Allah səni mənə çox görməsin. Yeni yaşın mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə