Rəqqasə Fatimə Fətəliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda çətin günlərindən danışıb: “Hər şey əlimizdən getdi. Atam rəhmətə getdi, anam müflis oldu, uşağımla tək qaldım. Kirayə qalırdıq, anamla əl-ələ verdik. Pulları ütüləyib yığırdım, anama göstərirdim ki, bax ana, bu gün bu qədər qazanmışam. Beləcə pulumuzu yığıb ev aldıq. Hər gün qaçaqaçla 5-10 restorana gedib rəqs edirdim. Bu əziyyətlərlə övladımı böyütdüm, heç kimdən də asılı olmadım. Onu da qeyd edim ki, hazırda bir çox müğənnilərin evləri yoxdur. Amma halbuki zamanında milyonlar qazanırdılar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB