Tanınmış müğənni Ayan Babakişiyeva hazırda xoşbəxtdir. SİA-ya açıqlama verən müğənni 4 il münasibətə olan sevgilisindən danışıb. 23 yaşlı Ayan 30 yaşına qədər ailə quracağını da dilə gətirib: "Tezliklə ailə qurmaq barədə düşünmürəm. Mən dəqiq deyə bilmərəm ki, məsələn, toyumun tarixi 08.08.08-dir. Allah nə vaxt qismət edibsə, o vaxtda olacaq. Bəlkə heç həmin adamla yox, baqşa bir insanla evlənmək qismət olacaq. Mən dəqiq söz verə bilmərəm. Ümumiyyətlə, sənədləşdirmək və rəsmiləşdirmək elə-belə məsələlərdir. Əsas sevib-sevilməkdir. Bilirəm, anamın məni gəlinlikdə görmək ən böyük arzusudur və o, bu günü görəcək. Onun arzusunu ürəyində qoymayacam. Bütün qohumlar məni gəlinlik libasında görəcəklər. 30 yaşıma kimi mütləq ərə gedəcəm.
Müğənni sevgilisi ilə olan münasibətdən də söz açdı: "Mən tam onun çiyinlərinin üzərində dayanmamışam. Öz qazancımı da xərcləyirəm. Mənim də özümə görə işim və pulum var. Normal da qazanıram. Onun isə şəxsi biznesi var. Özünə görə insandır. Onun şəraiti yaxşı idi, istədi mən də yaxşı yaşayım. Düzdür, ideal insan yoxdur. Normal münasibətimiz var. Hər kəs necə sevib-sevilir, mən də elə. Bu, mənə xoşdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB