Samir Bağırov depresiyaya düşür
Səhnəmizin ən ekstrovaqant müğənnisi olan Samir Bağırovun tez-tez depresiyaya düşdüyü onu yaxından tanıyanlara yaxşı məlumdur. O, depresiyaya düşən kimi səhnədən və şou-biznes nümayəndələrinin cəm olduğu məkanlardan uzaqlaşır. Samir yenə də hər kəsdən yan gəzir. Bəlkə müğənni yenidən depresiyaya düşüb? SİA-ya açıqlama verən müğənni bu barədə danışdı. Belə ehtimala yaxın olduğunu söyləyərək uzaqlaşmağını belə əsaslandırıb: "Artıq çəkim məni çox narahat edir. Bir müddət 25 kq-a yaxın arıqlaya bildim. Amma son aylar çəkim azalmır. Budur məni narahat edən məsələ. Ona görə də qərara gəldim ki, müəyyən müddət günümü artıq çəkidən azad olmağıma sərf edim. İş çox olanda qidanı da çox qəbul etmək məcburiyyətində qalıram. Ən əsası isə pəhrizdən uzaqlaşıram. İndi fikrimi dəqiq və düzgün qidaya yönəltmişəm. Arıqlayandan sonra yenidən tez-tez görünməyə başlayacam".

Bütün xəbərlər Facebook səhifəmizdə