"Survivor 2020"də yarışanlar sırasında yer alan azərbaycanlı kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev sabah Bakıya gələcək. SİA-nın məlumatına görə, bu haqda aparıcı Lalə Azərtaş "İnstagram" səhifəsində yazıb. O bildirib ki, idmançı özəl uçaqla gələcək: "Pərvizi sevənlərə şad xəbər: nəhayət ki, Vətənə gəlir. Düz 7 saat sonra Dominikandan çıxır... Sabah Vətəndə olacaq. Sağ-salamat gəl. "Acun Media" bunun üçün özəl təyyarə təşkil edəcək".
Qeyd edək ki, Pərviz yarışmadan aprelin əvvəlində çıxıb. Koronavirusa görə uçuşlar müvəqqəti təxirə düşdüyü üçün idmançı Dominikanda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB