İdmançı Kamil Zeynallı həbs olunub. SİA-nın məlumatına görə, bu barədə Kamilin köməkçisi məlumat yayıb: "Kamil karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi".
İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib. O, sosial şəbəkədə bu sözləri yazıb: "Bu sözlər, mənə çox pis təsir etdi. Kamil məhkəmədən sonra övladı ilə telefonla danışdı: "Qızım ata 10 günlük Türkiyəyə gedir. Oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam"".

K.Zeynalının həbs olunmasına müğənni həyat yoldaşı Gülay belə münasibət bildirib: "Allah qəlbləri görüb, mükafatlandırandır. İnsana daşıya biləcəyi, yıxılıb-qalxdığında yolun sonuna kimi dözüm verən Allahdır. Allah hər kəsə səbr versin".
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB