Elton Con dünya turnesi çərçivəsində Türkiyədə 2 konsert proqramı ilə çıxış edəcək
Məşhur ingilis müğənni və bəstəkarı Elton Con dünya turnesi çərçivəsində Türkiyədə 2 konsert proqramı ilə çıxış edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Elton Con iyulda İstanbul və Ankarada verəcəyi konsertlərində pərəstişkarlarına möhtəşəm bir gecə yaşadacaq.
İyul ayında reallaşacaq konsertlər çərçivəsində sənətçi Ankarada ilk dəfə səhnəyə çıxacaq. Konsertin təşkilatçısı olan İlker Ersil açıqlamasında bildirib ki, sənətçi 10 il fasilədən sonra Türkiyəyə ilk dəfə gəlir.
İstanbul və İzmir istisna olmaqla Anadoluda da analoqu olmayan konsert verməyi düşündüklərini deyən təşkilatçı: "Ankarada belə geniş səviyyədə konsert keçirmək çoxdankı arzumuz idi. Uzun müddətdir, apardığımız danışıqların nəticəsi olaraq sənətçi ilə razılığa gələ bildik. Təşkilatçı olaraq sənətçi ilə 2007-ci ildə Bakıda konsert vermişdik. Hesab edirəm ki, bu konsert hazırkı iş üçün səmərəli olub",- deyə əlavə edib.
Məlumat üçün bildirək ki, sənətçi öz şəxsi təyyarəsi ilə gələcək. 45 nəfərlik heyət isə onlar üçün ayrılan təyyarə ilə Türkiyəyə gələcək.
Qeyd edək ki, Elton Con daha əvvəl 1993-cü ildə İstanbulda, 2001-ci ildə isə Efes Antik Teatrında konsert verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB