“Toydan aldığım pulu restoranın pilləkəninə səpdim” VİDEO

“Toydan aldığım pulu restoranın pilləkəninə səpdim” VİDEO

Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, el şənliyində başına gələn xoşagəlməz hadisədən danışıb: "Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, "saat 1-ə, 2-yə kimi mahnı oxuyaram". Gecikmişdim deyə saat 3-ə işləmişə qədər bəstələr ifa etdim. Buna baxmayaraq alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməd. Pulu səhəri gün artıqlaması ilə çatdırdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə