Əməkdar artist Tünzalə Əliyeva verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, aktrisa səhhəti haqda danışıb: "Yenidən xərçəngə yoluxmuşam. Çox təəssüflər olsun ki, böyrək damarlarımda törəmələr yaranıb (ağlayır). Amma mən yenə də ayaqüstə dururam. Çalışıram ki, yaxşı olum.
İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə. Məcburam...
Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Dərmanım kimyaterapiyadır, amma qanım aşağıdır, olmur. Mənə son 1 ayda 150 iynə vurulub. O qədər ağır hallar keçirirəm ki... Orqanizmim bu xəstəliyə tab gətirmir. İndi ki, halım yaxşı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB