Zöhrə Abdullayeva: "Hamısının burnu kəsik, dodağı şişmə"

Zöhrə Abdullayeva: "Hamısının burnu kəsik, dodağı şişmə"

Əməkdar artist Zöhrə Abdullayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi gənc ifaçılardan bəhs edib. O bildirib ki, yeni çıxan sənətçilər plastik müdaxilələr çox etdirir və biri-birinə oxşayır: "Gənc xanım ifaçıları dinləyirəm. Amma surətləri yadımda qalmır. Hamısının burnu kəsik, dodağı şişmə. Eynisifətdilər deyə, adları yadımda qalmır".

Z.Abdullayeva trenddə olan ifaçılarla bağlı suala belə cavab verib: "Yeni çıxanları tanımıram. Savadsız deyiləm, amma "trend" nədir? İndi bazar iqtisadiyyatıdır. Özü bilir birinci yerə neçə çıxır.

Qalmaqal edənlər isə... Allah onlara təmkin versin. Dalaşmasınlar, bir-birini qırmasınlar. Abır-həya yaxşı şeydir. Pərdəsiz heç nə olmaz. Hamımız eyni yolu yolu gedirik".

Bütün xəbərlər Facebook səhifəmizdə