Xəstəxanalıq olan Aysun: "Estetik yox..." VİDEO + FOTOLAR

Xəstəxanalıq olan Aysun: "Estetik yox..." VİDEO + FOTOLAR

Müğənni Aysun İsmayılova əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, xəstəxana otağından videosunu sosial şəbəkələrdə yayımlayıb və bu sözləri deyib: "Mənim üçün narahat olanlara demək istəyirəm ki, estetik yox, damar əməliyyatı olmuşam. Damarlarım dördüncü dərəcə xəstə idi. Mənim üçün Allaha dua edən hər kəsə təşəkkür edirəm".

O, bu görüntülərdən sonra yeni şəklini "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Həyat çox qəribədir. Özünü gümrah bildiyin halda, təsadüfən sağlamlığında problem olduğunu öyrənirsən və içini qorxular sarır. Bir anlıq etdiyin və edə bilmədiyin şeylərə görə peşmançılıq çəkirsən. Həyat çox qısadır. Onun üçün çalışın həyatınızı gözəl yaşayın. Pis əməllərdən uzağ olun. Heç kimi incitməyin, yaxşı insan olun. Sizə pislik edenə belə yaxşılıq edin. Sizi sevirəm".

Rəqsanə qızının bu sözlərinə biganə qala bilməyib və belə şərh yazıb: "Sənə qurban olum, hər şey yaxşı olacaq. Özüm sənin yanında ola bilmədiyim üçün Allah əmanət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə