"İkinci dəfə toy xəbərimizi yaysalar..."

"İkinci dəfə toy xəbərimizi yaysalar..."

Müğənnilər Sevil və Sevinc Səfərovalar bir müddət əvvəl yayılan ailə qurma xəbərindən söz açıb. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan bacılar bu sözləri deyiblər: "Xəbərdə nişan da yox, "ailə qurub" sözü yazılmışdı. Özü də naxçıvanlı iş adamı ilə. Ötəri yanaşdıq, güldük keçdik. İkinci dəfə toy xəbəri yaysalar belə sakit dayanmayacağıq. Nəslimiz, ailəmiz var. Sevil və Sevinc göbələkdir, sahib çıxanı yoxdur? Bilirsiz, nə qədər insan zəng etdi?

Anam Bakıda yoxdur, həyəcanla zəng edib. Deyir, nə xəbərdi? Hər zaman çalışdıq ki, şəxsi həyatla gündəmə gəlməyək. Niyə bizim həyatımız müzakirə edilsin? Toy olsa da, gizlədəcəyik. İstəmirik müzakirə olunsun.

Ailə başçımız qardaşım sayılır. İndi o da Bakıda yoxdur. Anam 1 aylıq getmişdi qardaşımın yanına, karantin başladığına görə orada qaldı.

Sonra da yazdılar ailə qurduqları şəxs hansısa müğənninin keçmiş əri olub. Müğənninin keçmiş əri yaxşı adam olsaydı, elə onun yanında qalardı".

Bütün xəbərlər Facebook səhifəmizdə