Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib

Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib
Xalq artisti Zülfiyyə Xanbabayeva qeyri-adi yeniliyə imza atıb. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, "Mənim deyilsən" adlı mahnısını sevənlərinə təqdim edib. Təqdimatın özəlliyi ondadır ki, yeni mahnı adət etdiyimiz mətbuat konfransında yox, internetdə təqdim olunub. Musiqisi Muxtar Abseynov, sözləri Cəlal Qurbanova aid olan lirik mahnıya klip çəkilməsi də nəzərdə tutulur. Azərbaycanda ilk dəfə məhz belə bir yeniliklə çıxış etdiyinə görə sevindiyini bildirən xalq artisti bundan sonra da bir sıra yeniliklərə imza atacağını əlavə edib.

Xatırladaq ki, ötən il "Dəniz" adlı albomunu təqdim edən Zülfiyyə Xanbabayeva son aylarda tamaşaçılara 3 yeni mahnı təqdim edib. Onlardan ikisi musiqisi gənc bəstəkar Muxtar Abseynova aid olan "Qəlbimdə məhəbbət" və "Mənim deyilsən", digəri isə Emin Sabitoğluna aid olan "Sevgi mahnısı"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə